Qəribə hadisə: kişi öldükdən sonra halallıq istədi
Türkiyədə yas mərasimində qəribə bir halallıq istəmə hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, təziyə mərasimində iştirak edənlərə mərhumun bir həftə əvvəl telefona qeyd edilmiş səsi dinlədilib.
Zonquldaq vilayətinin Kilimli rayonu sakini 96 yaşlı Hamit Kiçik dünyasını dəyişib. Cənazə namazını qılan din xadimi Fikri Karslı halallıq istənəcəyi mərhumun telefonunda olan səsindən istifadə edib.
Hadisə barədə jurnalistlərə açıqlama verən din xadimi ötən həftə cümə namazından sonra mərhumla görüşüb söhbət etdiyini, Hamit Kiçikin artıq çox yaşlandığını və öləcəyini hiss etdiyini dediyini bildirib. Karslı həmçinin, qonşulardan halallıq istəyərkən səsini telefona qeyd etdiyini bildirib.
“Mən Kiçikin, “qonşular mən gedirəm, haqqınızı halal edin, mən sizə haqqımı halal edirəm” – sözlərini mobil telefonuma qeyd etdim. Bundan bir həftə sonra Kiçik dünyasını dəyişdi. Cənazə namazını mən qıldırdım. Təziyəyə gələnlərə telefondan mərhumun səsini dinlədərək halallıq istədim. İnsanlar da halallıq verdilər”.
Mənbə:> ANSPRESS