Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilmişdir » AzNews.info -Xəbər portalı

Bölmə: Mədəniyyət

Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilmişdir - FOTO

Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilmişdir

AzNews.info xəbər verir ki, 2016-cı ilin 07 iyun tarixində Qırğızıstanın Çolpan-Ata şəhərində Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilmişdir. İclasda Azərbaycan nümayəndə heyətinin rəhbəri Nazim Səmədovun iştirakı ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, həmçinin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov, Qırğızıstan Mədəniyyət, İnformasiya və Turizm Naziri Altynbek Maksutov, Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Hüseyn Yayman və Kazaxıstanın İnvestisiya və İnkişaf nazirinin müavini Zamir Saginov iştirak etmişdir. Görüşdə “Müasir İpək Yolu” mədəni turizm marşrutu layihəsini həyata keçirəcək 4 ölkənin (Azərbaycan, Qırğızıstan, Kazaxıstan, Türkiyə) 11 turizm şirkətləri müəyyən olunmuş və memorandum sənədi imzalanmışdır. Layihədə tərəfdaş qismində Azərbaycanın 3 turizm şirkəti (Millenium Turizm, Atlas Travel, A la Carte Travel) iştirak edəcək. Nazirlərin görüşü İsyk Golda ekskursiya proqramı ilə başa çatmışdır.
Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilmişdir

Türk dilli Dövlətlərin Əməkdaşlıq Şurasının 9-cu iclası keçirilmişdir

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *