Azərbaycanın Türkiyə üzrə turizm nümayəndəliyinin açılışı Türkiyə mətbuatında
Məlum olduğu kimi, 29 fevral 2016-cı il tarixində Azərbaycanın turizm imkanlarının Türkiyədə tanıdılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin İstanbulda turizm nümayəndəliyinin açılışı keçirilmişdir.
AzNews.info xəbər verir ki, Azərbaycan kütləvi informasiya vasitələri yanaşı, Türkiyə mətbuatında da tədbir böyük maraqla qarşılanmışdır. Yayımlanan xəbərlərdə “Sən də Azərbaycanı Gör” şüarı ilə keçirilən tədbirin iki ölkənin bu əməkdaşlıqda daha da sıx bir-birinə bağlanacağını qeyd edilmişdir.
“Azerbaycan turizmde de iddialı”, “Azerbaycan türk turistlerin en çok ziyaret edeceği destinasyonlardan biri olacak”, “Azerbaycan İstanbul’da Turizm Temsilciliği Ofisi Açtı” və s. bu kimi başlıqlı xəbərlər nüfuzlu Cihan, Milliyet, Hürriyet, Zaman, İhlas Haber Ajansı və digər 70–dən çox xəbər portallarında yayılıb.
Qeyd edək ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti, İstanbul şəhərinin rəhbərliyi, diplomatlar, bir sıra yerli turizm assosiasiyalarının rəhbərləri, həmçinin Azərbaycan və Türkiyə turizm şirkətlərinin, mehmanxanalarının nümayəndələri, KİV təmsilçiləri iştirak ediblər.
Xəbərlərdən bir neçəsinə aşağıdakı linklər vasitəsilə baxa bilərsiniz:
http://www.milliyet.com.tr/azerbaycan-turkiye-de-turizm-temsilciligi-istanbul-yerelhaber-1239770/
http://www.zaman.com.tr/dunya_azerbaycan-turkiyede-turizm-temsilciligi-acti_2353193.html
http://www.haber24.com/azerbaycan-turkiye-de-turizm-temsilciligi-acti-haberi-869514
http://www.iha.com.tr/video-azerbaycan-turizmde-de-iddiali-81595/
https://www.cihan.com.tr/tr/azerbaycan-turkiye-turizm-temsilcilik-2023824.htm
http://www.hurriyet.com.tr/azerbaycan-turkiyede-turizm-temsilciligi-acti-40062232
Mənbə:> AzNews.info