Azərbaycana Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri üçün info-tur təşkil olunub » AzNews.info -Xəbər portalı

Azərbaycana Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri üçün info-tur təşkil olunub

Azərbaycana Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri üçün info-tur təşkil olunub


Məlum olduğu kimi, 24 fevral 2016-cı il tarixində Moskva şəhərində Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin açılışı keçirilmişdir. Bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində “Tour A Vent” şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcəkdir.

AzNews.info xəbər verir ki, bunun nəticəsi olaraq, artıq şirkət tərəfindən Azərbaycan ilk info-tur təşkil olunmuşdur. İnfo-tur çərçivəsində Bakıya və Şahdağa səfər nəzərdə tutulub. Xatırladırıq ki, into-turda Rusiyanın aparıcı turizm şirkətlərinin rəhbərləri iştirak edir.

27 fevral – 02 mart 2016-cı il tarixində Azərbaycanda olacaq 14 nəfərlik nümayəndə heyəti üçün Bakıda İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Yanardağ və Atəşgaha ekskursiyalar təşkil olunub. Qrupun növbəti günlər ərzində Şahdağ Turizm Mərkəzi ilə tanışlığı nəzərdə tutulub.

Məlumat üçün qeyd edirik ki, nümayəndəlik tərəfindən belə info-tur və press-turların il ərzində bir neçə dəfə həyata keçirilməsi planlaşdırılır.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *