Avropa Yayım Birliyi erməninin müraciətini rədd etdi » AzNews.info -Xəbər portalı

Avropa Yayım Birliyi erməninin müraciətini rədd etdi – VİDEO

Avropa Yayım Birliyi erməninin müraciətini rədd etdi


Avropa Yayım Birliyi (AYB) "Eurovision - 2016" mahnı müsabiqəsinin nəticələrinə yenidən baxmayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə AYB-nə istinadən “RİA” xəbər agentliyi bildirib.

Bununla Ukrayna müsabiqənin qalibi olaraq qalacaq. Mayın 16-da İsveçin paytaxtı Stokholmda baş tutan “Eurovision 2016” musiqi müsabiqəsinin qalibi 534 xalla Ukrayna təmsilçisi Camala olub.

2-ci yerdə 511 xalla Avstraliya təmsilçisi Dami İm “Sound of Silence” mahnısı ilə, 3-cü yerdə isə 491 xalla Rusiya təmsilçisi Sergey Lazarev “You are only” mahnısı ilə qərarlaşıb.

Avropa Yayım Birliyi öz qərarını "Eurovision - 2016" mahnı müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə başlayan petisiyadan sonra aşıqlayıb. Avroviziya təşkilatçılarına ünvanlanan petisiya 200 min səs toplayıb.
Avropa Yayım Birliyi erməninin müraciətini rədd etdi

Poroşenko və Camala

Belə ki, Ermənistan daha bir təxribata əl atmaqda davam edir. İrəvanda yaşayan Artur Ohanesyan "Eurovision - 2016" müsabiqəsinin nəticələrinə yenidən baxılması tələbi ilə petisiya başladıb.

Petisiyanın yaranma günündən etibarən Rusiya mətbuatı ermənilərin təxribatını sürətlə yaymağa başlayıb. Change.org saytında yerləşdirilən petisiya hüquqi status daşımır. Məlumatda deyilir ki, Avroviziyada münsiflər heyətinin iş qrafiki çətin olduğundan qalibi düzgün seçə bilməyiblər və səsvermə yenidən keçirilməlidir.

Petisiya haqqında Avroviziya təşkilatçıları xəbərdar olduqlarını deyiblər. “Bizim petisiyadan məlumatımız var. Bu gün baxılacaq və Avropa Yayım Birliyinin qərarı bir müddətdən sonra açıqlanacaq”. Buna baxmayaraq Avroviziyanın mətbuat katibi Pol Cordan səsverməyə yenidən baxılacağına çox az şans olduğunu deyib.



Mayın 14-də baş tutan "Eurovision-2016" mahnı müsabiqəsinin qalibi Ukrayna təmsilçisi Camala olub. Onun ifa etdiyi “1944” adlı mahnı 534 səs toplayıb. Mahnı təxminən 200 min Krım tatarının 1944-cü ildə Stalin tərəfindən yurdlarından sürgün edilməsindən bəhs edir, nəqarət hissəsi türk dilindədir, söz və musiqisi ifaçıya məxsusdur.

Ukrayna prezidenti Pyotr Poroşenko “Eurovision-2016” mahnı müsabiqəsində birinci yeri tutan Camalanı mükafatlandırıb. Poroşenko Camalaya “Ukraynanın xalq artisti” adını verib.

Bir müddət əvvəl, Ermənistanda müsabiqənin yayım hüququna malik telekanal ikinci yarımfinalda Ukraynanı təmsil edən Camalanın ifası zamanı efiri kəsib. Buna səbəb isə müğənninin "1944" mahnısının nəqarətini tatarca oxuması olub. Camalanın mahnısının nəqarətinda Krım türkcəsində oxuduğu zaman ekran qaralıb və yalnız Norveç təmsilçisi səhnəyə çıxandan sonra yayım bərpa olunub. Bu isə Avropa Yayım Birliyinin (AYB) qaydalarına ziddir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *