“Eurovision”un qalibinə fəxri ad verildi – VİDEO
Prezident Petro Poroşenko “Eurovision-2016” musiqi müsabiqəsinin qalibi Camalaya (Susana Camaladinova) “Ukraynanın xalq artisti” adı verib.
Oxu.Az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat katibi məlumat verib.
“Bu, fantastik qələbədir. Sən bununla insanların böyük əksəriyyətini xoşbəxt etdin”, - deyə prezident artistə fəxri mükafatı təqdim edib.
Mayın 14-də Ukrayna təmsilçisi Camala 534 xalla “Eurovision 2016” mahnı müsabiqəsinin qalibi olub. Müsabiqədə 2-ci yerə Avstraliya təmsilçisi Demi İm, 3-cü yerdə isə Rusiya təmsilçisi Sergey Lazarev qərarlaşıb. Azərbaycan 117 xalla 17-ci yer tutub.
Mənbə:> Oxu.Az - Aytən Sadıqzadə