25 yaşlı Colinin heç yerdə olmayan həvəskar VİDEOsu » AzNews.info -Xəbər portalı

25 yaşlı Colinin heç yerdə olmayan həvəskar VİDEOsu – VİDEO+FOTO

25 yaşlı Colinin heç yerdə olmayan həvəskar VİDEOsu


Hollivud ulduzu Ancelina Colinin indiyədək heç yerdə olmayan görüntüləri yayılıb.

ANS PRESS-in məlumatına görə, kadrlarda gənc Coli dramatik rolda oynayır: qışqırır, göz yaşları tökür... Gələcəyin ulduzunun hələ o zaman istedadlı olduğu hiss edilir.

25 yaşlı Ancelina Coli videoda kinoprob zamanı kiçik auditoriya qarşısında göstərdiyi aktyorluq məharəti rejissorları və təcrübəli aktyorları heyran qoyur.

Yeni yayılmış video - Ancelina Coli kinoprobda

Bred Pittlə evli olan Ancelina Coli hazırda onunla birlikdə "Dəniz kənarında" filminə çəkilib. Ekran işi 13 noyabrdan etibarən kinosevərlərin ixtiyarına veriləcək. Cütlük bundan əvvəl sonuncu dəfə birlikdə "Mister və Missis Smit" filmində çəkilmişdi. Coli həmçinin bu kinodramın rejissorudur. Bu, onun üçüncü rejissor işidir. Aktyorlar filmdə kəskin ailə böhranı zamanı fransız kurortuna yollanmış evli cütlüyü canlandırırlar. Hadisələr 1970-ci illəri əhatə edir.

25 yaşlı Colinin heç yerdə olmayan həvəskar VİDEOsu
20 yaşlı çılpaq Ancelina Coli


Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb - 14 milyon dollar. Həmin bu pulları onlar xeyriyyəçiliyə xərcləyiblər.



Amerikalı kinoaktrisa Ancelina Coli Oskar mükafatı laureatı, üç dəfə "Qızıl qlobus" mükafatının sahibi, iki dəfə ABŞ aktyorları arasında Hildiya mükafatının qalibidir. 40 yaşlı kinoaktrisa BMT–nin xoşməramlı səfiridir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *