BMT-nin seksual xoşməramlı səfirini ad günüdür » AzNews.info -Xəbər portalı

BMT-nin seksual xoşməramlı səfirini ad günüdür – FOTO

BMT-nin seksual xoşməramlı səfirini ad günüdür


Bu gün dünyanın ən seksual və gözəl qadınlarından biri olan Ancelina Colinin ad günüdür. Hollivud ulduzunun 40 yaşı tamam olur.

Amerikalı kinoaktrisa Ancelina Coli Voyt (Angelina Jolie Voight) 4 iyun 1975-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərində dünyaya göz açıb.

BMT-nin seksual xoşməramlı səfirini ad günüdür


Məşhur ABŞ aktyoru Con Voyt və yarı fransız, yarı kanadalı aktrisa Marşelin Bertranın qızıdır. Özündən böyük Ceyms Heyven Voyt adlı qardaşı var. Onun soyadı "Coli" fransız dilində "yaxşı", "gözəl" anlamını verir. Lakin aktrisa özü fransız dilini bilmir.

Ancelina Colinin valideynləri 1976-cı ildə ayrılır. Ancelina və onun qardaşı anası ilə Nyu-Yorka köçürlər. Bir il sonra atası Oskar mükafatına layiq görülür. Anası isə uşaqlarını tərbiyə etmək üçün karyerasından imtina edir, tez-tez uşaqlarını kinoteatra aparır və bütün vaxtını onlarla keçirir. Elə bu dövrdə kiçik Ancelinada kinoya maraq yaranır.

Colinin 11 yaşı tamam olduqda onlar yenidən Los-Ancelesə qayıdırlar. Burada Ancelina 2 il Li Strasberq adına kino məktəbinə daxil olur. Daha sonra Beverli Hills liseyində təhsil alır. 14 yaşında model işləməyə başlayır. Lenni Krevits, Rolling Stones və Meat Loaf kimi əfsanələşən qrup və sənətçilərin kliplərində çəkilir. 16 yaşında yenidən teatra qayıdır.

Həmin illərdə Colinin qardaşı kino məktəbinə daxil olur və eksperiment üçün bir neçə uğursuz film çəkir. Bu filmlərdə Ancelina da rol alır. Bu ona tanınmağa kömək etmir. Daha sonra 1993-cü ildə "Kibor 2" adlı filmdə rol alsa da bu da ona uğur gətirmir. Lakin "Kiborq"un ardınca çəkildiyi "Hakerlər" filmi ilə o artıq özünü tanıtmağı bacarır. Hətta Nyu-York Tayms kimi qəzet onun haqqında yazır.

1997-ci ildə çəkilmiş "Corc Uolles" filmindəki roluna görə Emmi və Qızıl Qlobus mükafatına sahib olur. 1 il sonra, 1970-ci ildə məşhur model olmuş Cia Karanci haqqında çəkilən "Cia" filmində baş qəhrəmanı canlandırır. Coli yenə də Qızıl Qlobusun sahibi olur. 2 il ardıcıl olaraq.

Çətin və yorucu "Cia" filminin çəkilişlərindən sonra Ancelina Coli səhnələrdən dincəlmək üçün Nyu-Yorka köçür. Burada o Nyu-York Universitetində ssenarist təhsili almağa başlayır və Denzel Vaşinqtonla birgə "Qorxunun hökmü" filminə çəkilir. Film 151 milyon kassa gəliri əldə edir.

BMT-nin seksual xoşməramlı səfirini ad günüdür


1999-cu ildə Ceyms Menqoldun filmi "Yarıda buraxılmış həyat" ekranlara çıxır. Bu film baş rol oyunçusu Vaynona Rayderin ekranlara yenidən dönüşü kimi dəyərləndirilsə də tam əksinə 2-ci plan aktrisası Ancelina Colinin triumfu olur. Ancelina filmdəki Liz Rou roluna görə 3-cü dəfə Qızıl Qlobus mükafatı qazanır, Amerika Kinoaktyorlar Birliyi mükafatı və nəhayət Oskarın sahibi olur. Yay aylarında Coli "60 saniyəyə oğurluq" filmində Nikolas Keyclə birgə rol alır. Bu film isə 230 milyon kassa gəliri əldə etdi.

2001-ci ildə məşhur kompyuter oyunu Tomb Raiderin ekranlaşdırılmış əsərində baş rol məhz Ancelinaya təklif olunur. Lara Kroft adlanan filmin 1-ci hissəsi 270 milyon gəlir əldə edir. Lara Kroft filminin 2-ci hissəsi isə 2003-cü ildə ekrana çıxır. Film birincisindən uğursuz alınır və bu səbəbdən kassa gəliri 160 milyon dolları keçmir. Ancelina isə bu filmə görə 12 milyon dollar qonorar alaraq Hollivudun ən bahalı aktrisalarından birinə çevrilir. Filmdə Coli üçün xüsusi olaraq solaxaylarçün nəzərdə tutulmuş silah da tapırlar.

Lara Kroft filmləri arasındakı fasilədə Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri kimi bir çox kasıb ölkələrə səfərlər və humanitar yardım etməyə başlayır.

2004-cü il Ancelina Coli üçün uğurlu olur. Öncə o Robert De Niro, Rene Zellveger və Uil Smitlə birgə "Sualtı qardaşlar" cizgi filmini səsləndirir. Animasiya filmi 363 milyon dollar qazanır. Daha sonra Oliver Stounun Makedoniyalı İsgəndər haqqında çəkdiyi filmdə İsgəndərin anası obrazını yaradır. Və nəhayət 2005-ci ildə ekranlara çıxan "Cənab və Xanım Smit" filminin kontraktını imzalıyır. Bu filmlə o 20 milyon dollar qonorar alaraq Culiya Roberts və Kameron Diaz kimi məşhur xanım aktrisalarla eyni pilləyə yüksəlir.

2005-ci ilin yayında ekrana çıxan "Cənab və Xanım Smit" filmi 480 miyon dollar kassa gəliri yığır. Bu filmdə Ancelina filmdəki əri Con Smitlə sakit və darıxdırıcı ailə həyatı altında peşəkar qatil olduğunu gizlədən Ceyn Smit obrazını canlandırır. Con Smit rolunu isə Bred Pitt ifa edir. Dəfələrlə dünyanın ən gözəl və cəlbedici aktyor və aktrisası adını qazanan məşhurlara diqqət çəkilişlər boyu azalmaq bilmir. Və dəfələrlə şayiələr yayılaraq onların görüşdüyü yazılır. Bir az keçmiş deyilənlər doğru olur. Bred Pitt aktrisa Cenifer Enistondan ayrılaraq Ancelina Coli ilə evlənir və onun uşaqlarını övladlığa götürür.

Gözəl aktrisa 2005-ci ildən Bred Pittlə ailədir. Cütlük birlikdə altı övlad tərbiyə edir. Övladları: Meddoks Çivan (05.08.2001–də anadan olub, övladlığa isə 10.03.2002–də götürülüb), Zaxara Marley (08.01.2005–də anadan olub, övladlığa isə 06.07.2008–də götürülüb), Şilo Nuvel (27.05.2006–da Bred Pitdən olan bioloji qızı), Paks Tien (29.11.2003–də anadan olub, övladlığa isə 15.03.2007–də götürülüb), Noks Leon (Bred Pitdən olan bioloji oğlu) və Vivyen Marçelin (Bred Pitdən olan bioloji qızı).

BMT-nin seksual xoşməramlı səfirini ad günüdür


Ancelina Coli və Bred Pittin 6 uşağı var. 3 qız və 3 oğlan. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar. Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. 2008-ci ildə onların əkiz uşaqları dünyaya göz açıb. Oğlan və qız. Oğlanın adı Noks Leon, qız isə Vivyen Marşelindir. Noks və Vivyenin ilk şəkilləri yenidən rekord qiymətə satılıb - 14 milyon dollar. Həmin bu pulları onlar xeyriyyəçiliyə xərcləyiblər.

2010-cu ildə Ancelina "Solt" adlı bədii filmdə baş rola çəkilib. 2011-ci ildə isə Conni Depplə birgə "Turist" filmində rol alıb. Hər iki film uğurlu alınıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *