Məşhur cütlükdən boşanma qərarı – VİDEO+FOTO
Hollivudun ən məşhur cütlükləri Bred Pitt və Ancelina Colinin boşanmağa qərar verdikləri iddia olunur.
ANS PRESS-in məlumatına görə, bu iddianı "Celeb Dirty Laundry" adlı bloq və "In Touch" jurnalı irəli sürüb.
Adı çəkilən mətbuorqanların məlumatına görə, məşhur cütlük bu haqda birlikdə oynadıqları filmin çəklişləri başa çatdıqdan sonra açıqlama vərəcəklər. İddiaya görə Bred Pittin anası Ceyn Pitt 6 uşağın xatirinə boşanmamaları üçün onlara yalvarır.
Ceyn Pitt məşhur cütlüyün münsibətlərinin boşanma səviyyəsinə çatmasına onların iş rejiminin səbəb olduğunu bildirir: "Bred Pitt və Ancelina Coli öz işlərinə daha çox diqqət ayırdıqları üçün bir-birləri ilə maraqlana bilimirlər".
Ancelina Coli və Bred Pitt
Onlar hazırda "By The Sea" adı filmin çəklişləri ilə məşğuldurlar. Ancelina Coli bu filimin həm senari müəlifi həm də baş rol oyunçusudur. Filimin çəklişlərinin noyabr ayında bitməsi gözlənilir.
"By The Sea" filminin treleri
Ancelina Coli və Bred Pittin 3 qız və 3 oğlan olmaqla 6 uşağı var. Lakin onlardan yalnız 3-ü doğmadır. Digər 3 uşağı Ancelina kasıb ölkələrdən övladlığa götürüb. Onların ilk övladı 2006-cı il 7 may tarixində dünyaya gəlib. Qızlarının adını Şaylo Nuvel qoyublar.
Ancelina Coli və Bred Pitt uşaqları ilə
Uşaqlarının ilk şəkillərini cütlük "People" və "Hello" jurnallarına 10 milyon dollar məbləğində satıblar. Bu isə məşhurlar arasında dünyanın ən bahalı şəkli kimi tarixə düşüb. Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfiri kimi bir çox kasıb ölkələrə səfərlər və humanitar yardım kompaniyalarında iştirak edir.
Mənbə:> ANSPRESS