Milli 18+ tamaşamız Fransada oynanılacaq – FOTO
“Oda” Teatrının quruluş verdiyi “MimOda 18+” tamaşası Fransaya dəvət alıb.
AzNews.info xəbər verir ki, bu barədə AzNews.az-a açıqlamasında teatrın bədii rəhbəri Elmin Bədəlov məlumat verib. O, bildirib ki, tamaşa Fransanın Oriak şəhərində “Oriak küçə teatrı festivalı”nda nümayiş olunacaq:
“Fransada məşhur Oriak Festivalı var, bizə də oradan dəvət gəldi. Bütün teatrlar Oriak meydanında gəlib tamaşalar göstərir. Biz də həmin festivalda “MimOda 18+” tamaşasını təqdim edəcəyik. Ümid edirəm ki, tamaşa Fransada uğurla qarşılanacaq”.
Qeyd edək ki, festival avqust ayının 11-dən sentyabrın 1-nə kimi davam edəcək.
E.Bədəlov onu da vurğulayıb ki, “MimOda 18+” avqustun 8 və 9-da təkrarən təqdim olunacaq.
Mənbə:> AzNews.az