Fransada ata ilə qızının kreslo davası
Fransanın Milli Cəbhə Partiyasının qurucusu ilə qızı arasında siyasi gərginlik yaşanmaqdadır.
ANS PRESS-in məlumatına görə, Fransanın Milli Cəbhə Partiyasının fəxri rəhbəri Jan-Mari Le Pen öz qızı Marin Le Pen haqqında kəskin ifadələr işlədib.
Le Pen qızının onun soyadını daşımasına görə utandığını, hətta qısa zamanda evlənməsini tövsiyə etdiyini dilə gətirib.
Qızının 2017-ci il prezident seçkilərində qələbə qazanmasını istəməyən 86 yaşlı siyasətçi onun Fransanı idarə etmək dərəcəsində bir əxlaqa sahib olmadığını vurğulayıb.
Mənbə:> ANSPRESS