Qızının çılpaq şəkilini görüb özünü asdı – FOTO
Rumuniyalı modelin çılpaq şəkilləri onun atasının ölümünə səbəb olub.
AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, fotomodel Lorendana Çivu “Playboy” jurnalı üçün şəkil çəkdirib. Məlumata görə, onun atası sözügedən fotoları görüb və özünü asıb. Lorendana bildirib:
“Mənim peşəm atamın xoşuna gəlmirdi, amma mən heç gözləmirdim ki, o, özünə qəsd edə bilər”.
Qeyd olunur ki, modelin fotoları çap olunduqdan sonra, atası onunla bir neçə ay ərzində əlaqə saxlamayıb. Lorendana valideyini ilə münasibətləri bərpa etmək məqsədiylə evə gəlib və atasını asılı vəziyyətdə aşkar edib.
Hadisə 7 il əvvəl baş verib, lakin Lorendana yalnız bu yaxınlarda bu barədə bölüşüb:
“Onun mənə görə intihar etdiyini düşünəndə, məni dəhşət bürüyür”.
Mənbə:> Qafqazinfo.az