Azərbaycanlıları öldürmək üçün ciddi hazırlıq görən BORN » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanlıları öldürmək üçün ciddi hazırlıq görən BORN

Azərbaycanlıları öldürmək üçün ciddi hazırlıq görən BORN


Keçən həftənin sonunda nəzarət altında olan “Rus millətçilərinin hərbi təşkilatı”nın (“Boevaya orqanizaciya russkix nasionalistov” - BORN) sonuncu üzvünün məhkəmə prosesi sona çatıb.

Oxu.Az xəbər verir ki, məhkəmə lider və ideoloq İlya Qoryaçevə ömürlük həbs cəzası verib.

Qrupun üzvləri tərəfindən qətlə yetirilən jurnalist Anastasiya Baburovanın ailəsinin maraqlarını təmsil edən vəkil Vladimir Jerebnikov “Noviye izvestiya”ya verdiyi müsahibəsində millətçilərin məqsədlərindən danışıb.

Vəkil əsasən qeyd edib ki, ideologiya planında BORN üzvləri faşist Almaniyasında təbliğ edilən ideyalardan mənimsəyiblər.

“Onların çox gözəl hərbi hazırlığı olub, bəziləri isə hətta xüsusi təyinatlılardan belə yaxşı hazırlığa malik olub”, - o vurğulayıb.

Onun sözlərinə görə, onlar məhz öldürmək üçün hazırlanırdılar.

“Onlar müxtəlif növ silahlardan atəş açmağı, partlayıcı hazırlamağı, karandaş ilə, diyircəkli qələm ilə adam öldürməyi bacarırdılar. Onlar insan anatomiyasını gözəl bilirdilər.

Onlar həftədə iki dəfə Moskva ətrafında hərəkətdə olan hədəfə atəş açmaq üçün hazırlıq keçirdilər.

Mən DKİ-dən (Dövlət Kəşfiyyat İdarəsi) olan uşaqlara məlumatları göstərəndə onlar təəccübləndilər, dedilər ki, heç bizim mütəxəssislər belə hazırlanmır”, - V.Jerebnikov deyib.

Vəkil qeyd edib ki, öz məqsədlərinə çatmaq üçün onlara lazım olmayan insanların məhv edilməsi lazım idi.

“Onlara lazım olmayanlar isə Azərbaycandan, Türkmənistandan gələnlər, eləcə də rus antifaşistlər idi. Tixonov, Yevgeni Xasislə ünsiyyətdə olan zaman əsl yaraqlı olduqlarını, qalanlarının isə tələbə olduqlarını bildirib. Əldə başqaları yox idi.

Bu səbəbdən də onlar cəzaçəkmə müəssisələrindən azad olmalarına bir, iki il qalan adamlara pul və ərzaq məhsulları yollayırdılar ki, ordan çıxdıqdan sonra həmin adamları öz sıralarına çəksinlər və onlara lazım olmayanları məhv etsinlər”, - o bildirib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *