Yeddi erməni diri-diri yandı – FOTO
Ermənistanın şimalında Taşir-Stepanavan avtomagistralının 8-ci kilometrində baş vermiş yol qəzası nəticəsində “Volkswagen Touareg” markalı avomobildə yanğın baş verib. Nəticədə yeddi gənc oğlan diri-diri yanıb.
Oxu.Az Ermənistan KİV-nə istinadla xəbər verir ki, qəza iyunun 6-da gecə Saratovka kəndi yaxınlığında baş verib.
Məlumata əsasən, “Volkswagen Touareg” (dövlət nömrə nişansız) yolun hərəkət hissəsindən çıxıb və daşlara çırpılaraq yanıb.
Mənbə:> Oxu.Az