Neft tankerinə hücum olunub
Hökumətin bir neçə qola ayrılması, Liviyada daxili çəkişmələri getdikcə artırıb. Liviyanın Sirt şəhərində Tobruk (müxalif hökumət qolu) hökumətinin döyüş təyyarələri Trablus hakimiyyəti altında olan Liviya Neft Şirkətinə aid bir tankerə hava hücumu həyata keçirib. Tobruk hökumətinin Hava Qüvvələri Komandiri Sakr əl-çürüsə mətbuata verdiyi açıqlamada hadisə ilə bağlı bunları deyib: "Hökumətin döyüş təyyarələri Sirt sahilinə daxil olan neft tankerlərinə geri qayıtmaları ilə bağlı xəbərdarlıq edib. Xəbərdarlığı nəzərə almayan neft tankerləri daha sonra hədəfə alınaraq vurulub".
Qeyd edək ki, tankerə üç raket atılıb. Gəminin ekipaj üzvləri yaralanıb, tanker isə böyük zərər görüb. Gəmi, buxar və elektrik istehsal edən stansiya üçün Liviyanın Zaviyə şəhərindəki neftayırma zavodlarından 40 min litr yanacaq yükləyərək Sirt şəhərinə gətirirmiş. (
Mənbə:> Bizimyol.info