Ukraynada tutulan quldura Bakıda 13 il həbs verildi
Virtualaz.org saytının əldə etdiyi məlumata görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Yasər Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə axtarışda olan Yasər Cavadov uzun müdddət axtarışda olub. Yasər Cavadov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ukraynada tutulub.
Mənbə:> Virtualaz.org