Bakıda dünya çempionu əlbəyaxa davada bıçaqlandı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal, Foto, Video

Bakıda dünya çempionu əlbəyaxa davada bıçaqlandı – VİDEO+FOTO

Bakıda dünya çempionu əlbəyaxa davada bıçaqlandı


Dünən axşam saatlarında Bakıda dünya çempionu bıçaqlanıb. Hadisə Nizami rayonu ərazisində baş verib.

Pauerliftinq üzrə 5 qat dünya çempionu və 8 qat Avropa çempionu İbrahim İbrahimov dünən “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən barlardan birinin qarşısında bıçaqlanıb.

Gənclər arasında düşən davada İ.İbrahimovun yanında daha iki nəfər olub. Məlumata görə, qarşı tərəfdə 10-dan çox adam olub. Dava nəticəsində İbrahim İbrahimov bıçaqlanıb və üz nahiyəsində bir neçə zədə alıb. O, hazırda “Semaşko” xəstəxanasında reanimasiyadadır.

Hadisədən sonra 25-ci Polis Bölməsinin əməkdaşları İ.İbrahimovun davada iştirak edən 2 dostunu həbs edib.


Bakıda dünya çempionu əlbəyaxa davada bıçaqlandı

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *