Rusiyada narkotik satan azərbaycanlı tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rusiyada narkotik satan azərbaycanlı tutuldu

Rusiyada narkotik satan azərbaycanlı tutuldu

Rusiya Daxili İşlər Nazirliyi Baş İdarəsinin Novosibirsk vilayəti üzrə Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik satışı ilə məşğul olan 22 yaşlı azərbaycanlının şəxsiyyətini müəyyən edərək saxlayıblar.

Virtualaz.org “Veçernıy kuryer” saytına istinadən bildirir ki, saxlanılan şəxs əvvəllər də analoji cinayətdə ittiham olunaraq, məsuliyyətə cəlb edilib.

Şübhəlinin Kalininqrad rayonu ərazisində saxlanıldığı bildirilir. Baxış zamanı onun üzərindən 30 qram heroin tapılıb. Polislər narkotik maddənin satış üçün nəzərdə tutulduğunu ehtimal edirlər.

Hazırda saxlanılan Azərbaycan vətəndaşına qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi (narkotik vasitələri satmağa cəhd) üzrə cinayət işi açılıb.

Qeyd edək ki, həmin maddə üzrə cinayət işi 20 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *