Gürcüstanda azərbaycanlı narkobaron tutuldu
Gürcüstan DİN-in Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Baş İdarəsinin əməkdaşları istintaq-axtarış əməliyyatları nəticəsində Poniçalada narkotik vasitələrin qanunsuz əldə olunması və satışı faktı ilə bağlı əvvəllər soyğunçuluğa görə mühakimə edilmiş 1980-ci il təvəllüdlü Xəqani A. adlı şəxsi saxlayıblar.
“Qruziya-onlayn” xəbər verir ki, DİN-in məlumatına əsasən, istintaq müəyyən edib ki, şübhəli şəxs mütəmadi olaraq narkotik vasitələri satıb. Narkoloji yoxlama zamanı saxlanılan şəxsin heroin istifadə etdiyi müəyyən olunub.
Hazırda Gürcüstanın Cinayət Məcəlləsinin müvafiq maddəsi (narkotik vasitələrin qanunsuz hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, daşınması) üzrə istintaq aparılır.
Mənbə:> Oxu.Az