Meksikada jurnalist qətlə yetirildi
“Heraldo de Chiapas” nəşrinin jurnalisti Mario Qomes Meksikanın Yaxalon şəhərində qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, öldürülən şəxs daha öncə ünvanına daxil olan hədələr barədə polisə məlumat vermişdi.
Motosikletdə olan canilər Qomesi evinin qarşısında güllələyiblər. Ağır yaralanan jurnalist xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Meksikanın İnsan haqları komissiyasının bildirdiyinə əsasən, 2000-ci ildən başlayaraq ölkədə 138 jurnalist qətlə yetirilib, 2005-ci ildən isə 21 KİV nümayəndəsi itkin düşüb.
Mənbə:> Oxu.Az