Daha bir amerikalı reper qətlə yetirilib
Amerikalı reper Cimmi Uopo Pitsburq şəhərində baş verən silahlı hücum nəticəsində həlak olub.
Oxu.Az xəbər verir ki, bu haqda "Tribune Review” məlumat yayıb.
İfaçı Uilli prospektində ötüb keçən avtomobildə əyləşən naməlum silahlılar tərəfindən güllələnib. Hadisə nəticəsində reper daxil olmaqla iki nəfər yaralanıb.
Həkimlərin səylərinə baxmayaraq, ölümcül yaralanmış reperi xilas etmək mümkün olmayıb. Kimliyi açıqlanmaya digər yaralanın vəziyyətinin sabit olduğu bildirilir.
Yerli polis atışmanın şəxsi münaqişə zəminində baş verdiyini ehtimal edir. Uoponun buna qədər qanunla problemləri olub, bir neçə dəfə narkotik vasitələrə görə polis tərəfindən saxlanılıb.
Mənbə:> Oxu.Az