“50 Cent” müflis oldu
Reperin aktivləri və borcları 10-50 milyon dollar arasında dəyişir.
Amerikalı reper “50 Cent” kimi tanınan Körtis Ceyms Cekson müflis olub.
Oxu.Az xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.
Reper məhkəməyə müflislik haqqında məcəlləyə əsasən kreditorlardan qorunma barədə ərizə təqdim edib.
Ərizədə adı qeyd olunan vəkil məlumatı şərh etməkdən imtina edib.
Məhkəmə verilən sənədlərə əsasən “50 Cent” aktivləri və borcları 10-50 milyon dollar arasında dəyişir.
Ötən həftə Manhetten məhkəməsi reperi şəxsi həyatına qarışmaqda ittiham edən qadına 5 milyon dollar ödəməsi barədə qərar çıxarmışdı.
Mənbə:> Oxu.Az