Ukraynanın müflis olma tarixi məlum oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

Ukraynanın müflis olma tarixi məlum oldu – VİDEO

Ukraynanın müflis olma tarixi məlum oldu


Poroşenko Ukraynasının müflis olma tarixi bəyan olub.

ANS PRESS-in məlumatına görə, 27 aprel son tarixdir. Bu tarixdə Ukrayna xarici borcları verməkdən imtina etsə defolt elan ediləcək.

Bəs Ukrayna ölkənin ÜDM-ilə bir olan xarici borcları vermək iqtidarındadırmı? Məşhur Bloomberg portalı Ukraynanın bəzi borcları verməkdən imtina etməsi və asılı olduğu kreditorları defoltla hədələməsini artıq texniki müflisləşmə kimi qiymətləndirir.

Belə ki, borcun kreditor nəzərə alınmadan birtərəfli qaydada qaytarmaq şərti artıq texniki defolt göstəricisidir.

Qeyd edək ki, əgər hər hansı bir ölkə xarici kreditorlara borcunu vaxtında ödəyə bilmirsə bu defolt (müflisləşmə) göstəricisidir. Bu onsuz da vətəndaş müharibəsinin içində olan Ukraynaya xarici sərmayələrin yatırılmaması, şirkətlərin müflisləşməsi, işsizlərin çoxlaması, maaşın və pensiyanın azalması, qıtlıq, həyat tərzinin aşağı düşməs və bunlardan irəli gələrək rüşvət və cinayətkarlığın artımı deməkdir.

Bu təqdirdə Poroşenko hakimiyyətinin bunları bilərək ölkəyə kömək edən kreditor müttəfiqləri hədələməsini yersiz adlandırmaq olar. Rusiyaya olan qaz borcu bir yana qalsın, Avropa Birliyinə borclu olduğu təqdirdə hədənin nə qədər effektli olacağı isə Yunanıstan hadisələrindən bizə bəllidir. Hətta hakimiyyət belə dəyişsə, avropalılar özləri ölkəni “defolt” elan etməmiş, həmin ölkədən borcu tələb edir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *