Neftçala sakini Sumqayıtda qətlə yetirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Neftçala sakini Sumqayıtda qətlə yetirildi

Neftçala sakini Sumqayıtda qətlə yetirildi

Sumqayıtda Neftçala rayon sakini qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, iyunun 8-də saat 8 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllənin ərazisindəki parkda Neftçala rayon sakini Emil Nuriyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xəyal Abbasov saxlanılıb.

Faktla bağlı istintaq tədbirləri həyat keçirilir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *