Öz qanını içən adam » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Öz qanını içən adam – FOTO

Öz qanını içən adam


İnsan qanı elə bir fövqəladə maddədir ki, bədənimizi həm qidalandırır, həm qoruyur, həm də təzələyir. Lakin onilliklərlə davam edən tədqiqat işlərinə baxmayaraq, biz onun tam potensialının öyrənilməsinə yalnız indi başlamışıq. Amma Maykl Mosley öz qanını çoxsaylı sərt sınaqlardan keçirib.

Bram Stoker 1897-ci ildə məşhur “Drakula”nı çap etdirdikdən sonra qaniçən insanlara – vampirlərə elə bir maraq oyandı ki, indiyədək səngimək bilmir. Bu romanda qraf Drakula insan qanı ilə qidalanır və ağsaçlı, çəlimsiz qocadan qarasaçlı, idmançı cüssəli gəncə çevrilir.

Stokerin romanının və ondan əvvəl (məsələn, lezbian vampir haqqında “Carmilla” romanı kimi) başqa əsərlərin yazılmasına qanın ətrafında əsrlərcə mövcud olan miflər, ələxüsus da onun sağaldıcı və bərpaedici gücünə inam ilhamlandırıb. Roma imperiyası zəmanəsində xəstələrə, xüsusilə də epileptiklərə məsləhət görürdülər ki, qladiator döyüşlərinə getsinlər və imkan tapıb təzəcə öldürülmüş qladiatorun qanını içməklə xəstəlikdən yaxa qurtarsınlar. Sonrakı əsrlərdə təbabət qanın içilməsinə yox, onun alınmasına daha çox diqqət yetirməyə başlayıb, lakin bununla yanaşı, qanın bərpaedici və cavanlaşdırıcı qüdrətinə inam azalmayıb.

Qanalma 2000 il müddətində ən geniş yayılmış tibbi prosedur olub. Orta əsrlərdə saç və üz qırxan bərbərlər, həm də qan almağı bacarırdılar. Bərbər qapısındakı zolaqlı dirəklərdə ağ rəng təmiz tənzif və mələfələrin, qırmızı isə qanın simvolu idi. Bərbərin iki camından birində zəlilər olardı, ikinci camdan isə qanın tökülməsi üçün istifadə edilərdi. ABŞ-ın ilk prezidenti George Washington həkim tərəfindən qanı alınaraq öldürlmüş çoxsaylı adamlardan biri olub.

“Qaynayan qanın alınması” pasienti infeksiyalardan qoruyan elementlərdən – ağ qan hüceyrələrindən məhrum edirdi. Deyilənlərə görə, 16-cı əsrin macar qrafinyası Elizabeth Bathory solmaqda olan cavanlığını qoruyub saxlamaq üçün edam edilmiş 650 bakirənin qanında çimərmiş.

Qan köçürmələri onilliklər ərzində neçə-neçə həyatları xilas edib və qan özlüyündə heç şübhəsiz son dərəcə qidalandırıcıdır. Bunu təcrübə etmək üçün mən öz qanımdan puddinq hazırlayıb yemək qərarına gəldim. Tərkibindəki zəngin dəmir, zülal və C vitamini ilə birlikdə qan həm də, deyək ki, lap pivə kimi yüksək kaloriyə malikdir.

Lakin rəvayətlərə inansaq, təzə qan sadəcə qidalandırıcı olmaqla qalmır. O həm də dəyişdirici gücə malikdir. Söhbət qan köçürmələrindən gedəndə, deyəsən, müasir elm də bu mülahizəni dəstəkləyir.

Bir neçə ay bundan əvvəl mən Kaliforniya Universitetindən bioloq, professor Saul Villeda ilə görüşmüşdüm. O çox fövqəladə bir araşdırma aparırdı. Professor bilmək istəyirdi ki, cavan siçanın qanını qoca siçana vuranda nə baş verir. Burada söhbət sadəcə olaraq qoca qanın əvəzlənməsindən getmirdi.

Belə bir qan infyuziyasından sonra qoca siçanlarda yaddaşın möhkəmlənməsi baş verir. Məsələn, onlar yuvalarına qayıtmaq üçün yolu daha asanlıqla tapırlar.

Cavan qanın yaşlı beyinə təsiri, xüsusilə də beyin hüceyrələrinə diqqət yetirəndə aydın görünür. Siçanlar kimi insanlar da qocalanda, neyronlar yorulub qırışmış yerfındığına bənzəməyə başlayır. Lakin qoca siçanın beyin hüceyrələrinə cavan qan veriləndə, neyronlar öz aralarında yeni bağlar şaxələndirir və yaşlı siçanda “cavanlaşma” prosesi gedir.

Villeda düşünür ki, cavan qan qoca siçanın gövdə hüceyrələrində aktivliyi artırır və bu hüceyrələr sonradan yeni, daha gənc neyronların yaranmasına səbəb olur.

İndiyədək aparılan araşdırmaların əksəriyyətinin gəmiricilər üzərində keçirilməsinə baxmayaraq, Stanford Universitetində Alzheimer xəstəliyinin erkən simptomları olan pasientlərə cavan donorlardan qan köçürmələrinə başlanıb. Bəs görəsən, Villeda elə bir vaxtın gələcəyini təsəvvür edirmi kİ, yaddaşını itirməkdə olan yaşlı insanlara müntəzəm olaraq cavan adamların qanı köçürüləcək?

“Mənim ümidim onadır ki, - deyir Villeda, - biz qanın cavanlaşdırıcı faktorlarını öyrənib onları artıra və əksinə, qocaldıcı faktorları aşkar edib onları azalda biləcəyik. Zənnimcə, bu daha faydalı, daha yaxşı idarə edilə bilən vasitə olardı”.

Aydındır ki, mənə bu sınaqda iştirak etmək imkanı verilmədi, uşaqlarım isə öz qanlarını verməyə həvəsli deyildilər və mən əvəzində qan əsaslı başqa cavanlaşdırıcı terapiyanı – daha çox sifətin “vampir cavanlaşdırması” kimi tanınan PRP (platelet rich plasma – trombositlə zəngin plazma) prosedurunu sınaqdan keçirtdim.

Kim Kardaşyan kimilərin də xoşladıqları bu prosedur (PRP) zamanı qan sentrifuqda fırladılır, plazması ayrılır və iynə ilə qan sahibinin öz üzünə vurulur. Nə qədər qəribə səslənsə də, sağaltma və bərpa məqsədilə istifadə olunan PRP hazırda elmin ən qızğın araşdırılan sahələrindəndir.
PRP araşdırmaları aparan Biotherapy Services – bioterapiya xidmətləri şirkətinin direktoru Janet Hadfield deyir ki, PRP yaraları və idman zədələrini sağaldan vasitə kimi uzun illər təbliğ edilib. Bu proseduru xoşlayan idmançıların arasında qolfçu Tiger Woods və tennisçi Rafael Nadal da var.

Bu yaxınlarda Royal London xəstəxanasında PRP prosedurunun sınaqları keçirilib. Məqsəd bunun 2-cu qrup diabetli xəstələrdə yaraların sağalmasını sürətlədirib-sürətləndirmədiyini yoxlamaq idi, çünki bu tip xəstələrdə sağalmayan yaralar əmələ gələ bilir. Nəticələr müsbət olub.

Bunun mexanizmini heç kəs dəqiqliyi ilə bilmir, lakin bir neçə il əvvəl Plastik və Rekonstruktiv Cərrahiyyə jurnalında (Journal of Plastic and Reconstructive Surgery) dərc olunmuş bir araşdırma göstəriridi ki, plazmanın sentrifuqlar vasitəsilə çıxarılması yara sağalmasına və kollagen artıma əhəmiyyətli səviyyədə təsir göstərən faktorların yaranmasına səbəb olur.

Mən Hatfielddən soruşanda ki, nə kimi dəyişiklikllər gözləməliyəm, o, dedi: “Bir neçə həftədən sonra siz dərinizin çalarında və toxumasında fərq hiss edəcəksiniz. Dəriniz lap körpə uşaq dərisi kimi də ola bilər”.
Beləliklə, mən bunu etdim və bir neçə həftədən sonra, onun dediyi kimi bəzi kiçik dəyişikliklər baş verdi. Lakin bu təcrübə çox bahalıdır və nəticə elə də əhəmiyyətli olmadı ki, sınağı təkrar etmək istəyim.
Bütün bunlara baxmayaraq mən bir neçə heyranedici təcrübələri həyata keçirdikdən sonra qana - bu çox məxsusi mayeyə ehtiramım daha da artdı

Öz qanını içən adam
Öz qanını içən adam
Öz qanını içən adam
Öz qanını içən adam
.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *