6 məsciddən oğurluq edən quldur dəstə saxlanıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

6 məsciddən oğurluq edən quldur dəstə saxlanıldı – VİDEO

6 məsciddən oğurluq edən quldur dəstə saxlanıldı

Balakən polisi rayon ərazisində məscidlərdən, evlərdən və mağazalardan silsilə oğurluq edən cinayətkar dəstəni zərərsizləşdirib.

“ARB TV”dən virtualaz.org-a verilən xəbərə görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşlarının RPŞ-yə daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon sakinlərinə məxsus evlərdən, mağazalardan və rayonda fəaliyyət göstərən 6 məsciddən oğurluq edən şəxslərin rayon sakinləri Kamran Musa oğlu Muradov, Tural Lelimad oğlu Lelimadovun və Mehman Nizami oğlu Gəncəyevin olması məlum olub.

Keçirilmiş tədbir nəticəsində hər üç şəxs tutularaq istintaqa təhvil verilib.

İlkin araşdırma zamanı Kamran Muradov, Tural Lelimadov və Mehman Gəncəyevin bir araya gələrək qrup şəklində ayrı-ayrı vaxtlarda 12 fakt üzrə cinayət törətdikləri məlum olub. Onların rayon sakinlərinə 4350 manat maddi ziyan vurması müəyyən edilib.

Faktla bağlı Balakən RPŞ-də CM-nin müvafiq məddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Mənbə: virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *