Balakəndə beş uşaq anası amansızlıqla öldürülüb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Balakəndə beş uşaq anası amansızlıqla öldürülüb

Balakəndə beş uşaq anası amansızlıqla öldürülüb

Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək qətlə yetirilib.

Hüquq-mühafizə orqanından APA-ya verilən məlumatına görə, hadisə rayonun Poçtbinə kəndində qeydə alınıb.

Kənd sakini, 1964-cü il təvəllüdlü, Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülməyə xarakterik xəsarətləri olan meyiti Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olub.

Balakən rayon Polis Şöbəsi və rayon prokurorluğunun əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kainat Çobanovanın əri, 1970-ci il təvəllüdlü Zeynal Ramazan oğlu Çobanov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib. Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib.

Həyata keçirilən tədbirlər nəticəsində Zeynal Çobanov şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, onların 5 övladı var.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin müvafiq maddəsi ilə cinayət işi başlayıb, istintaq tədbirləri davam etdirilir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *