Balakəndə özünü atan kişi vəfat etdi
Balakəndə bıçaqla bədəninə çoxsaylı xəsarət yetirdikdən sonra nəfəs borusunu kəsərək xəstəxananın binasından özünü atan 50 yaşlı kişi ölüb.
AzNews.info xəbər verir ki, rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynullah Məhəmməd oğlu Hudulov bu gün saat 04:30 radələrində Balakən Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsində keçinib.
Qeyd edək ki, mədə-bağırsaq xəstəliyindən əziyyət çəkən Zeynullah Hudulov mayın 30-dan MRX-nın terapiya şöbəsində müalicə alıb. O, iyunun 1-də bədəninin qarın və döş qəfəsinə bıçaqla 30 yerdən xəsarət yetirib, nəfəs borusunu kəsib, xəstəxana binasının 2-ci mərtəbəsində özünü atıb.
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Mənbə:> APA