Balakəndə 50 yaşlı kişi özünü xəstəxana binasından atdı
Balakəndə intihara cəhd olub.
AzNews.info xəbər verir ki, şahidlərin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün saat 14.30 radələrində Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində müalicə alan Katex kənd sakini, 1966-cı il təvəllüdlü Zeynulla Məhəmməd oğlu Hudulov 2-ci mərtəbədən özünü atıb.
Xəstəxanadan bildirilib ki, Z.Hudulov dərhal əməliyyat edilib, vəziyyəti ağırdır.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Mənbə:> APA