Atasını öldürən Dilarədən qan donduran ifadə: Məni zorlayırdı
Türkiyənin Bursa şəhərində anasını döydüyü üçün atasını öldürən 21 yaşlı qız tükürpədici ifadəsi ilə diqqət çəkib.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Bursanın Mustafakemalpaşa qəsəbəsində onu zorladığı, anasını döydüyü iddiasıyla 42 yaşlı atası Kemal K.-ni tapançayla öldürən 21 yaşlı Dilarə K. polisə təslim olub. Dilarə K. ifadəsində: ""Sizi öldürəcəyəm deyə qışqırınca, qorxutmaq məqsədiylə atəş açdım" bildirib.
O vurğulayıb ki, atası narkotik istifadəçisi olub: "Asılı hala gəlmişdi. Zaman-zaman mənə təcavüz də etdi. Olay gecəsi asma xəstəsi olan anamı döydü".
Qətllə bağlı istintaq davam edir.
Mənbə:> Milli.Az