Amerikalı fast-fooda görə bıçaqla atasını öldürdü, anasını isə yaraladı
Amerikanın Luiziana ştatının sakini atasını öldürməkdə, anasını isə yaralamaqda ittiham edilir, New York Daily News məlumat yayıb.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, hadisə noyabrın 25-də baş verib.
58 yaşlı Persival Pritçett öz evində bıçaqlanaraq öldürülüb. Onun arvadı 57 yaşlı Renta Pritçett bıçaq yaraları alıb. Hal-hazırda o, xəstəxanadan çıxarılıb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs onların 32 yaşlı oğlu Ronald Pritçettdir. Polisin məlumatına görə, hücuma səbəb valideynlərinin yalnız özləri üçün yemək sifariş etmələri, ona isə heç nəyin qalmaması olub.
Şübhəli bilinən şəxs cümə axşamı qohumunun evində Missisipidə həbs edilib. Ona qarşı ikinci dərəcəli qətl, ikinci dərəcəli qətlə cəhd və avtomobil qaçırmağa dair ittiham irəli sürülüb.
Mənbə:> Oxu.Az