İŞİD-in edam videosuna baxan qız anasını öldürdü » AzNews.info -Xəbər portalı

İŞİD-in edam videosuna baxan qız anasını öldürdü

İŞİD-in edam videosuna baxan qız anasını öldürdü


Danimarkada 15 yaşlı Liza Borç İŞİD terror qruplaşması üzvlərinin britaniyalı girovları edam etmə videosuna baxdıqdan sonra öz anasını qətlə yetirib.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, Liza Borç anasını radikal İslama etiqad edən 29 yaşlı sevgilisi Bəxtiyar Məhəmməd Abdullah ilə planlaşdıraraq bıçaqlayıb.

Liza Borçun anası Ryomer Holteqaarda 20 bıçaq zərbəsi vurulub.

İstintaq müəyyən edib ki, Liza İŞİD-in Britaniya girovlarının başlarının kəsildiyi videoya dəfələrlə baxıb.

Məhkəmədə Liza və Abdullah qadının qətlində bir-birilərini ittiham ediblər. İstintaq kimin qadına 20 bıçaq zərbəsi vurduğunu müəyyən edə bilməyərək, hər ikisini qətldə günahkar hesab edib.

Məhkəmənin hökmü ilə Liza 9, Abdullah isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Abdullah həbs müddətini başa vurduqdan sonra Danimarkadan deportasiya ediləcək.

İŞİD-in edam videosuna baxan qız anasını öldürdü
İŞİD-in edam videosuna baxan qız anasını öldürdü

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *