Sumqayıtda borc üstündə qonşusunu qətlə yetirən şəxsə 18 İL HƏBS verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hakimlər kollegiyasının hökmünə əsasən R.Cəbrayılov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il Sumqayıt şəhərinin şəhərin Corat qəsəbəsində qeydə alınıb. Corat qəsəbə sakini Asif Xəlilov ona borcu olan qonşusunu evinə çağırıb. Ramin Cəbrayılov adlı şəxs onun dəvəti ilə mənzilinə gəlib. Daha sonra onların arasında mübahisə düşüb.
Ramin Cəbrayılov mübahisə zəminində Asif Xəlilovu bıçaqlayaraq qətlə yetirilib. Qətli törədən şəxs polisə könüllü təslim olub.
Mənbə:> Lent.az