İlhamə Quliyevanın oğlunun dostuna hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

İlhamə Quliyevanın oğlunun dostuna hökm oxundu

İlhamə Quliyevanın oğlunun dostuna hökm oxundu


Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Vüqar Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.info-nun Report-a istinadla məlumatına görə, hakim Ramin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, V.Bəkirov Ülviyyə Ələkbərova adlı qadından və Biləsuvar rayon sakini Oruc Məmmədovdan dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. Hər iki şəxsin hüquq-mühafizə orqanlarına müraciətindən sonra onun barəsində cinayət işi başlanılıb.

V.Bəkirov Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

İbtidai istintaq dövründə barəsində həbs qətimkan tədbiri seçilməyən V.Bəkirov bir neçə dəfə məhkəməyə gəlmədiyi üçün Yasamal Rayon Məhkəməsinin hakim Ramin Qurbanov tərəfindən əvvəl axtarış haqqında qərar qəbul edilib. Daha sonra polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Bəkirov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, V.Bəkirov mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun dostudur. O, İ.Quliyevanın keçmiş köməkçisi Hüseynova Mehriban Bəylər qızı barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Nəticədə M.Hüseynova həbs edilib.

İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *