Şirkət rəhbərini və anasını qətlə yetirən şəxsə hökm oxundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Şirkət rəhbərini və anasını qətlə yetirən şəxsə hökm oxundu

Şirkət rəhbərini və anasını qətlə yetirən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şirkət rəhbəri və anasını qətlə yetirməkdə təqsirləndirilən Ruhin Allahverdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, iclasda hökm oxunub.

Məhkəmənin hökmünə əsasən, R. Allahverdiyev azadlıqdan ömürlük məhrum edilib.

Qeyd edək ki, Bakının Nərimanov rayon sakinləri 1949-cu il təvəllüdlü Məhərrəmova Janna Hənifəyevna və 1982-ci il təvəllüdlü Məhərrəmov Aleksandr Gennadiyeviç yaşadıqları evdə qətlə yetiriliblər.

Hadisəni törətməkdə şübhəli bilinən 39 yaşlı Ruhin Allahverdiyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, Ruhin Allahverdiyev hadisəni baş verən evdə ustalıq edirmiş.

Aleksandr Məhərrəmov “Biznes Dialoq” konsaltinq biznes xidmətləri şirkətinin rəhbəri, business-dialogue.az saytının təsisçisi olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *