Avetisyan 11 ermənini qul kimi işlədib » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Avetisyan 11 ermənini qul kimi işlədib

Avetisyan 11 ermənini qul kimi işlədib


Ermənistan İstintaq Komitəsi Rusiyanın Murmansk vilayətində vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur edilməsi faktı ilə cinayət işi qaldırıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə FlashNord nəşri qurumun nümayəndəsinə istinadən xəbər verir.

“Vətəndaşların istismar edilməsi faktı aşkarlanıb. Sübutlar var ki, Ermənistanın 11 vətəndaşı Rusiyanın Murmansk və Kirovsk şəhərlərində uzun müddət işləməyə məcbur ediliblər”, - mənbə deyib.

Qurumun məlumatına əsasən, şübhəli şəxs qismində Avetisyan soyadlı vətəndaş axtarılır. O, 2013-2014-cü illər ərzində hipermarketin tikintisində 11 erməninin əməyindən istifadə edib və onların pulunu verməyib.

Rusiya DİN-in və İK-nin Murmansk vilayəti üzrə İdarələrindən faktla bağlı heç bir açıqlama verilməyib. Bildirilir ki, Avetisyanın axtarışı ilə İnterpol məşğul olur.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *