İrəvana qan verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

İrəvana qan verdi

İrəvana qan verdi


Ermənistan mətbuatı Gümrüdə Avetisyan ailəsinin qətlə yetirən rus hərbçisi Valeri Permyakov ilə bağlı yeni fakt üzə çıxarıb.

ANS PRESS-in məlumatına görə, "168 Jam" qəzeti yazıb ki, V.Permyakovun qanından analiz nümunələri hadisədən 10 gün sonra götürülüb: "Ermənistanın İstintaq Komitəsindən bildirilib ki, Valeri Permyakovdan qan nümunələri yanvarın 21-də götürülüb və toksik-kimyəvi ekspertiza nəticəsində bütün məsələlərə aydınlıq gətiriləcək. Yəni hadisə törədilən zaman onun sərxoş olub-olmamasına, alkoqollu içki, narkotik qəbul edib-etməməsinə əsaslı cavab vermək mümkün olacaq, bütün şübhələrə son qoyulacaq."

Ekspertlərin fikrincə, hadisə yanvarın 12-də olub, amma nümunələr on gün sonra, yanvarın 21-də götürülüb. Bu müddətdə qanda etil spirtinin qalması mümkün deyil. Ona görə də V.Permyakovdan götürülmüş qan nümunəsi alkoqolun aşkarlanması ilə bağlı deyil.

Maraqlıdır ki, Gümrüdə Avetisyan ailəsinin qətlə yetirilməsi faktı üzrə Ermənistanın İstintaq Komitəsi tərəfindən qaldırılan cinayət işi araşdırılsa da, hələ bu günədək ittiham edilən Valeri Permyakov barəsində məhkəmə-psixiatrik və ya məhkəmə-psixoloji ekspertiza təyin edilməyib. Ölkə mətbuatı isə bunun müxtəlif bəhanələrlə yubadılmasının məqsədli şəkildə olunduğunu yazıb.

Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində yeddi nəfərlik ailəni öldürüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *