Bütün Rusiya bu azərbaycanlını axtarırdı
Rusiyanın Suksun rayonunda Perm-Yekaterinburq yolunda Yol patrul xidmətinin inspektorları VAZ markalı avtomobili saxlayaraq sürücünün sənədlərini yoxlayıblar.
Aydın olub ki, sürücü nəqliyyat vasitəsinin idarəsi üçün lazım olan sənədlərə malik deyil, belə ki, onun sürücülük vəsiqəsi saxta olub, bundan başqa, sürücünün özü uzun müddətdir ki, federal axtarışda olub.
Oxu.Az Rusiya DİN-in Permsk vilayəti üzrə Dövlət İdarəsinin saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının 36 yaşlı vətəndaşı araşdırma üçün polis bölməsinə aparılıb.
Şəxsiyyətinin müəyyən edilməsi zamanı onun Çelyabinsk vilayəti ərazisində törətdiyi cinayətə görə federal axtarışda olduğu üzə çıxıb.
Yoxlama zamanı müəyyən edilib ki, sürücülük vəsiqəsini o, naməlum şəxsdən alıb. Onun Rusiya Federasiyası ərazisində yaşdığını təsdiqləyən heç bir sənədi olmayıb.
Saxta sənədləri bilərəkdən istifadə etmə faktı ilə cinayət işi açılıb. Hal-hazırda şübhəli bilinən şəxs Çelyabinsk polisinə təhvil verilib.
Mənbə:> Oxu.Az