İnterpol rusiyalı qadınları fahişəyə çevirən azərbaycanlını saxladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

İnterpol rusiyalı qadınları fahişəyə çevirən azərbaycanlını saxladı

İnterpol rusiyalı qadınları fahişəyə çevirən azərbaycanlını saxladı


Rusiya DİN-in İvanov vilayət İdarəsinin İnterpol qrupunun əməkdaşları beynəlxalq axtarışda olan vətəndaşı saxlayıblar.

Onun barəsində məlumat Azərbaycanın hüquq-mühafizə orqanlarının sorğusundan məlum olub. Sorğuda 1964-cü il təvəllüdlü Bakı sakininin yerləşdiyi yerin müəyyənləşdirilməsində və onun saxlanılmasında vasitəçilik xahiş edilirdi.

Oxu.Az “Çastnik.ru”ya istinadən xəbər verir ki, kişiyə qarşı insanların köməksiz vəziyyətindən, fiziki və ya psixi çatışmazlıqlarından istifadə edərək onların bir qrup şəxs tərəfindən fahişəliyə cəlb edilməsi maddəsi üzrə ittiham irəli sürülüb.

İvanov polisinin əməkdaşlarında region ərazisində axtarışda olan şəxsin ola biləcəyi yer haqqında məlumat olub. Bununla əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri planlaşdırılıb və həyata keçirilib.

Axtarılan şəxsin əlamətlərinə uyğun gələn Azərbaycan vətəndaşı İvanov interpolçularının diqqət mərkəzinə düşüb. Nəticədə o, axtarılan şəxs kimi identifikasiya olunub.

Müəyyən edilib ki, kişi öz doğma qardaşının pasportunu istifadə edirmiş, bu isə ona bütün dünyada sərbəst şəkildə hərəkət etmək imkanı yaradırdı. Hal-hazırda təqsirləndirilən şəxs saxlanılıb və tez bir zamanda axtarışın təşəbbüskarına təhvil veriləcək.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *