İnterpol 61 yaşlı azərbaycanlını axtarır
Azərbaycan dələduzluqda təqsirləndirilən şəxs barəsində beynəlxalq axtarış elan edib.
AzNews.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, 61 yaşlı Elsevir Əliyev dələduzluqda ittiham olunur. O, Azərbaycandan qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.
E. Əliyevin əczaçılıq fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Mənbə:> APA