Nardaranda əməliyyat: Fermada girov saxlanılan ukraynalı tapıldı
Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsinin ərazisində növbəti əməliyyat keçirib.
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Bilgəh qəsəbə sakinləri Ədalət Əliyevin və qardaşı Ataməlinin Nardaran qəsəbəsinin ərazisində yerləşən fərdi heyvandarlıq müəssisələrində Azərbaycan və Ukrayna vətəndaşlarının azadlıqlarını məhdudlaşdırmaqla uzun müddət işləməyə məcbur etmələri müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Mənbə:> AzNews.az