Azərbaycanlı Rusiyada 20 ton banan oğurladı
57 yaşlı azərbaycanlı aprelin 14-də Sankt-Peterburqda Kanonerski Gəmi Təmiri zavodunun ərazisindən 20 ton banan oğurlayıb.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxs meyvələri Volvo markalı avtomobildə çıxarıb.
Nəqliyyat polisindən məlumat veriblər ki, maşının sürücüsü Lobnya şəhərində qeyddiyyatda olan 57 yaşlı azərbaycanlıdır.
Hal-hazırda mütəxəsisslər dəymiş ziyanın miqdarının dəqiqləşdirirlər. Polis şübhəli şəxsin saxlanılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.
Mənbə:> Oxu.Az