Rusiyada azərbaycanlı tələbələrin dollarlarını oğurladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Rusiyada azərbaycanlı tələbələrin dollarlarını oğurladı

Rusiyada azərbaycanlı tələbələrin dollarlarını oğurladı


Tomsk vilayətinin polisi bir neçə tələbəni qarət edən şəxsi saxlayıb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə mənzildə baş verib.

Tomsk vilayətinin polis bölməsinə mənzillərdən birinə maskalı şəxsin daxil olaraq pul və maddi əşyaların oğrurlaması barədə məlumat daxil olub.

Tez bir zamanda şübhəli şəxs saxlanılıb. Bu on ildən artıq Rusiyada yaşayan əslən Azərbaycandan olan 35 yaşlı kişi olub.

“İstintaqın məlumatına görə, saxlanılan şəxs tanışından Tomsk şəhərində Leninsk rayonunda qonşu mənzildə imatahanlarını vermək üçün gələn gənclərin yaşadığını öyrənib.

Bıçağa oxşayan əşya ilə silahlanaraq mənzilə soxulub. Onları qorxudaraq noutbuk, dörd mobil telefon, 200 dolları götürüb və hadisə yerindən qaçıb. Ziyanın ümumi məbləği 56 min rubl olub”, - polisdən bildiriblər.

Polis “qarət” maddəsi ilə cinayət işi qaldırıb. O, 12 il müddətinə azadlıqdan məhrum ola bilər. Kişini göz altına alıblar.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *