Azərbaycanın 10 ildir axtardığı şəxs Rusiyada tutuldu » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Azərbaycanın 10 ildir axtardığı şəxs Rusiyada tutuldu

Azərbaycanın 10 ildir axtardığı şəxs Rusiyada tutuldu

Saxlanılan şəxs artıq polis şöbəsinə gətirilib.

Azərbaycanın 10 ildir ki, beynəlxalq axtarışa verdiyi vətəndaşı Rusiyada tutulub.

AzNews.info ANS-ə istinadən xəbər verir ki, 44 yaşlı azərbaycanlı Rusiya Federasiyasının Baş Polis İdarəsinin Peterburq polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisə dünən axşam saatlarında Sankt-Peterburqun Xasan küçəsi, korpus 2, ev 18-də qeydə alınıb.

Hüquq mühafizə orqanları əməkdaşlarının məlumatına görə, təqsirləndirilən şəxs 2005-ci il dekabrın 17-də Azərbaycanda Cinayət Məcəlləsinin üç maddəsi - 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 218.2. (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və sair nümayəndələrinin birliyində iştirak etmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə ittiham edilərək beynəlxalq axtarışa verilib.

Saxlanılan şəxs artıq polis şöbəsinə gətirilib və tutulması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına məlumat verilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *