Azərbaycanlı narkobaron beynəlxalq axtarışa verildi
"Report"un xəbərinə görə, bu barədə İnterpolun rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, 1959-cu il təvəllüdlü Mirşamil Əzizov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları M.Əzizov barəsində dövlətlərarası axtarış elan edib və onun saxlanılaraq ölkəyə gətirilməsi üçün İnterpola müraciət edib.
Mənbə:> Report.az