Rusiyada axtarışda olan qatil ASAN xidmətdə ələ keçdi
Qəsdən adam öldürdüyünə görə Rusiyada axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Virtualaz.org Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Müqabil Abbassoylu Prezident Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN) orada xidmətdə olan polis əməkdaşları tərəfindən tutulub.
Saxlanılan şəxs Nərimanov Rayon Polis İdarəsinə təhvil verilib.
Mənbə:> Virtualaz.org