Rusiyada azərbaycanlı həmyerlisini qarət etdi
Rusiyanın Domodedovo rayonunda quldurluqda şübhəli bilinən mütəşəkkil qrupun üzvü saxlanılıb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, cinayətkarlar 2015-ci ilin sentyabr ayında Domodedovo rayonunda Azərbaycan vətəndaşı olan yerli iş adamına hücum çəkərək ona bir neçə bıçaq zərbələri endiriblər, travmatik tapançadan ayağından vurublar və üstündə olan 250 min rubl məbləğində pulu götürüb hadisə yerindən uzaqlaşıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar qrupun bir üzvü - 34 yaşlı Azərbaycan vətəndaşı - Moskvada saxlanınlıb.
Hal-hazırda qrupun digər üzvlərinin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Mənbə:> Oxu.Az