Rusiyada azərbaycanlının divanından milyonlarla pul çıxdı
Narkodiler saxlanılıb.
Rusiyanın Naxodka şəhərində 41 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb. O, iri həcmdə narkotik vasitələri satmaqda şübhəli bilinir.
Oxu.Az xəbər verir ki, kişini Postışev küçəsində “Toyota Aksio” maşınında narkotika satarkən saxlanılıb.
Onun saxlanılması üzrə əməliyyata iqtisadi təhlükəsizlik və korrupsiya ilə mübarizə, cinayət axtarış, DAM, kinoloqlar cəlb edilib.
Saxlanılan şəxsin yaşayış yeri və şəxsi əşyaları yoxlanılan zaman dəlillər, eləcə də üç milyon rubldan çox (39300 dollar) pul müsadirə edilib.
Pulları narkodiler divanda gizlədirdi. Bu qəbildən olan cinayətlərə görə, daha öncə onun həyat yoldaşı mühakimə edilib.
Mənbə:> Oxu.Az