Rusiyada terror aktı hazırlayan üç qız saxlanılıb

Rusiyanın Rostov vilayətində terror aktı hazırlamaqda şübhəli bilinən üç qız saxlanılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İnterfax-a güc strukturlarındakı mənbə məlumat verib.
Onun sözlərinə görə, hal-hazırda saxlanılan şəxslərlə bağlı zəruri istintaq hərəkətləri aparılır. RF CM-nin 205-ci maddəsi ("Terror aktı") üzrə cinayət işi başlanılıb.
Mənbə digər təfərrüatları açıqlamayıb.
Mənbə: Oxu.Az