Rusiyada azərbaycanlını öz “Mercedes”ində güllələdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Kriminal

Rusiyada azərbaycanlını öz “Mercedes”ində güllələdilər

Rusiyada azərbaycanlını öz “Mercedes”ində güllələdilər


Leninqrad vilayətinin Tosnensk rayonunun Yam-İjora qəsəbəsində “Mercedes”də kişini güllələyiblər.

Oxu.Az “47news.ru”ya istinadən xəbər verir ki, qətl Moskva yolunda “Arqo” kafesinin yanında baş verib.

Hüquq-mühafizə orqanlarında ərəfədə təxminən 23:10 radələrində (Bakı vaxtı ilə 00:10) “Şevrole Laçetti” avtomobilində olan naməlum şəxslər qara “Mercedes”in sürücüsünü güllələyiblər.

Avtomobilə ən azı onlarla güllə açılıb. Onlardan altısı sükan arxasında oturan kişiyə tuş gəlib. “Laçetti” Puşkin istiqamətində irəliləyib.

Tosnensk rayonunun Ulyanovsk qəsəbəsində qeydiyyatda olan əslən Azərbaycandan olan 42 yaşlı kişi ölüb. Kişinin tərəvəz tədarükü ilə əlaqəli bizneslə məşğul olduğu ehtimal edilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *